Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər



13 Yan
2021
16:54
662
13
Yan
16:54



Pirşağı çirkab suları ilə bağlı rəsmi açıqlama - VİDEO

Bakının Sabunçu rayonunda yerləşən Pirşağı qəsəbəsində çirkab sularının Xəzər dənizinə axıdılması ilə bağlı görüntülərə aydınlıq gətirilib.

Məsələni araşdıran Baku TV komandasına bildirilib ki, 2000-ci ildə Zabrat-Kürdəxanı magistral yolunu su basır və bundan sonra “Azərsu” ASC və yerli icra hakimiyyəti Zabrat gölünün səviyyəsinin tənzimlənməsi üçün göldən birbaşa dənizə xətt çəkib. Bu xətt vasitəsilə Zabrat gölünün səviyyəsi tənzimlənir. Amma kanalizasiya sularının təmizlənmədən Pirşaği dənizinə axıdılması yeni bir problemə yol açır. 

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırov Baku TV-yə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-ci ildən başlayaraq əraziyə 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırılıb. Eyni zamanda “Azərsu” ASC tərəfindən də müvafiq işlər aparılıb: “Təəssüf ki bu problem qalmaqdadır. Səbəbsə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Qeyd edim ki, bu axar 2000-ci ildən çəkilib. 21 il ərzində bu axar üzərində mütəmadi olaraq monitorinq keçirilib, analizlər götürülüb, tədqiqatlar aparılıb. Nəticə olaraq müəyyən edilib ki, bu suda fekal tərkibli çirkab sular mövcuddur. Bununla bağlı yerli icra orqanlarına və “Azərsu” ASC-yə məlumat verilib”.  

Məsələ ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Şöhrət Süleymanov Baku TV-yə bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: “Abşeron yarımadasının master planına uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb







Göyçayda 5 otaqlı ev yanıb







Bakıda bir nəfər köməksiz qaldı







Bakıda mansarda tipli ev yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.