CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
12:44
774

19
Iyul
12:44



Azərbaycan Universiteti abituriyentlərə 4 yeni ixtisas təklif edir

Azərbaycan Universitetində iş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq 4 yeni ixtisas üzrə kadr hazırlığına start verilib.

Universitetdən XeberOxu.az-a verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün I ixtisas qrupu üzrə istehlak mallarının ekspertizası və marketinqi, II ixtisas qrupu üzrə regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və oteçilik, III ixtisas qrupu üzrə isə filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə də qəbul aparılacaq. Ümumilikdə isə qəbul aparılacaq ixtisasların sayı 16-dır. Bütün ixtisaslara Dövlət Sifarişi ilə qəbul mümkündür.

İstehlak mallarının ekspertizası və marketinqi, regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və otelçilik ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlərlə yanaşı ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də iştirak edə biləcəklər. İkinci kateqoriyadan olan abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının müsabiqəsində isə yalnız ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.

Bu ixtisasların tədrisi, karyera perspektivləri o cümlədən Azərbaycan Universitetinin fəaliyyəti haqqında ətraflı məlumat almaq istəyən, universitetin maddi-texniki bazası, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər (+994 12) 431 41 12 (133) nömrəli telefonla əlaqə saxlayaraq əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.

Azərbaycan Universitetinin bakalavriat pilləsinə qəbul ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür.

http://www.au.edu.az/az/menu/352/bakalavriat-pillesine-qebul-2019

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az