Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyul
2019
01:57
612

20
Iyul
01:57




Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb

İyulun 19-u səfir səfir Polad Bülbüloğlu Avstraliya İttifaqının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Qreym Mixanı qəbul edib.

Səfirlikdən XeberOxu.Az-a verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı Səfiri ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır. Polad Bülbüloğlu Azərbaycan ilə Avstraliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb.

Azərbaycanın Səfiri Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti haqqında da məlumat verib.

Görüş zamanı dünya birliyi ölkələrinin qarşılaşdığı təhdidlər və çağırışlara qarşı birgə mübarizənin aparılmasının vacibliyi və müasir beynəlxalq münasibətlərdə ümumtanınmış normalara riayət edilməsinə ciddi ehtiyac duyulduğu qeyd olunub.

Həmçinin Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında ətraflı məlumatı həmsöhbətinin diqqətinə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az