CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyul
2019
19:00
633

20
Iyul
19:00



İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

Üçüncü ixtisas qrupu üzrə imtahan verib, İslamşünaslıq ixtisasına uyğun bal toplayan tələbələr iyulun 20-dən 24-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçə bilərlər.

Azərbaycan İlahiyyat İnstitutundan XeberOxu.Az-a verilən məlumata görə, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda, müsahibəyə buraxılırlar.

Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Dini-Psixoloji Komissiyada müsahibədən keçəcəklər. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İnstitutun əməkdaşları daxil ediliblər. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanlarının xüsusi metod yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri; İslamşünaslıq ixtisasına uyğunluqları; gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri; insanlarla ünsiyyət bacarığı; xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək.

Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat iyul ayının 20-dən 24-dək aparılacaq. 27 iyul 09:00-dan başlayan imtahan avqustun 2-dək Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Ali təhsil müəssisəsinin məqsədi Azərbaycan xalqının din sahəsində yüksəkixitisaslı kadrlara olan tələbatını beynəlxalq standartlara əsaslanaraq təmin etmək; həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaqdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Məmmədyarov həmsədrlərlə görüşdü







Bakıda xanım sürücü qəza törədib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az