CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Iyul
2019
15:32
369

21
Iyul
15:32



Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb

Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb.

XeberOxu.az-ın məlumatına görə, bu qarşılaşmalarda slovakiyalı Salma Druqdova Azərbaycan idmançısı Polina Drobişevanı 6:1, 6:0, Arica Todoni (Rumıniya) Pia Marija Rebeci (Sloveniya) 6:0, 6:0, Pedro Rodenas (İspaniya) Erden Eri (Türkiyə) 6:4, 6:3, Çelsi Fontenel (İsveçrə) Forta Morinanı (Kosova) 6:0, 6:0, Dominika Salkova (Çex Respublikası) Dani Junanı (Albaniya) 6:0,6:0, Andreas Sillaste (Estoniya) Patrik Jurinanı (Xorvatiya) 7:5, 6:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlarını yazdırıblar.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Məmmədyarov həmsədrlərlə görüşdü







Bakıda xanım sürücü qəza törədib


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az