CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
13:37
423

23
Iyul
13:37



“EYOF Bakı 2019”un ikinci günündə medal siyahısına Azərbaycan millisi başçılıq edir

İyulun 22-də - “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 16 ölkənin idmançıları medal qazanıblar.

XeberOxu.az-ın məlumatına görə, iki günün nəticələrinə əsasən medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir. Komandamızın aktivində 10 medal – 4 qızıl, 4 gümüş və 2 bürünc medal var. Medalların hamısını komandamıza güləşçilərimiz qazandırıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

Hesabında 3 qızıl və 1 bürünc medal olan İtaliya seçməsi ikinci sırada qərarlaşıb. Üçüncü pillədə isə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla Rusiya yığması yer alıb. İlk beşlikdə sonrakı yerləri Türkiyə (1-1-1) və Rumıniya (1-1-0) seçmələri tamamlayırlar.

Festivala iyulun 27-də yekun vurulacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu rayonların qaz təchizatında fasilə yaranacaq







Maqnit qasırğası xəbərdarlığı







Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb







Bakı polisi təlimlərə cəlb olunur


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az