07 Apr 2021
12:44
![]() |
07
Apr 12:44
![]() Polis əməliyyatlar keçirdi, külli miqdarda narkotik götürüldü Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Musayev Sabunçu rayonu ərazisində saxlanılıb. Bu barədə Xeberoxu.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki təmir işləri ilə məşğul olduğu obyektə baxış zamanı oradan 1 kiloqram 372 qrama yaxın heroin, 1 kiloqram 220 qram marixuana, 22 qrama yaxın metamfetamin, 318 ədəd metadon, 177 ədəd metelin həbi və 2 ədəd elektron tərəzi götürülüb. Bundan başqa, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 120 qram marixuana və heroin aşkar edilərək götürülüb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Prokurorluq: Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır
Xızıda “Qrad” mərmisi aşkarlandı
Ağdamda qoyun otaran sakin minaya düşüb
Bakıda yanğın olub, iki nəfər zəhərlənib
|
|