Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



31 Iyul
2020
17:52
5235
31
Iyul
17:52



Xəbəri səsli dinlə
Polis qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə reyd keçirib

Pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilmir. Bu məqsədlə qurbanlıq heyvanların nəzərdə tutulmayan yerlərdən kənarda satışına və kəsiminə qarşı gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilir.

XeberOxu.Az-ın məlumatına görə,   Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi üçün xidmət təşkil edilib. Yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlardan sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarının təşkil olunmasına baxmayaraq, ayrı-ayrı şəxslər tərəfindən pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozan şəxslər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bütün qaydalara əməl etməyə çağırırıq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zabratda iki avtomobil toqquşdu, yaralı var







Bakıda gənc ülgüclə özünü doğradı







Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü







“Koroğlu” stansiyasının yaxınlığında yol kənarında dayanan kişini maşın vurdu


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.