Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
RU   



12 Yan
2021
09:35
2045
12
Yan
09:35



Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı - Moskva görüşünün təfərrüatları

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olub.

XeberOxu.Az-ın məlumatına görə, görüş zamanı bir sıra məsələlərin müzakirəsi aparılıb. Azərbaycan və Rusiya prezidentlərinin, eyni zamanda Ermənistanın baş nazirinin birgə görüşü əslində bir çox mətləblərə aydınlıq gətirmək üçün labüd idi. Görüşün nəticəsi olaraq imzalanan növbəti bəyanatda Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir və bundan sonrakı mərhələli müzakirə predmeti və ya predmetləri özündə əsasən 10 noyabr sənədində nəzərdə tutulan müddəaların həyata keçirilməsini ehtiva edəcək.

Milli Məclisin deputatı Elşən Musayev Trend-ə açıqlamasında bildirib ki, bəyanatda Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək koridorun təmin edilməsi də daxil olmaqla çox vacib məsələlər yer alır:

"Azərbaycan Ermənistanla müharibədə açıq üstünlüklə qalib gəlib, öz əzəli torpaqlarını geri qaytarıb. İndi artıq masada başqa şərtlər var və həmin şərtləri də məhz Azərbaycan diktə edir. Cənab Prezident də açıq formada bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur, bu anlayış keçmişdə qalıb və biz gələcək haqqında düşünməliyik. Həqiqətən də belədir. Qalib bizik. Regionda əsas söz sahiblərindən biri Azərbaycandır".

Deputatın fikrincə, ən əsas məsələ isə budur ki, məlum üstün mövqeyi Azərbaycan öz gücünə yaratdı. Hətta BMT-nin qətnamələrini də özü icra etdi. Nəticədə isə Ermənistan məğlub oldu, kapitulyasiya aktını imzaladı. Bundan sonrakı bütün proseslərdə və mərhələlərdə də Azərbaycan daim qalib olacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə qeyd edir ki, Moskva görüşü regionda daimi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır:

"Bu baxımdan 2021-ci il yanvarın 11-də Rusiya paytaxtında imzalanan bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub. Dövlət başçısı bəyan edib ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi.

Ümumilikdə bu bəyanat Azərbaycan Prezidentinin regionda yaratdığı yeni reallıqların sənəd üzərində təzahürüdür. Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edir və buna nail oldu.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA







Tərtərdə gizli işləyən kafenin sahibi cərimələndi







Maştağada narkotik alverçisinin evindən beşbarmaq çıxdı







Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.