XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



30 Sen
2022
19:42
534
30
Sen
19:42



Prezident Bolqarıstanın biznes dairələrinin nümayəndələri ilə görüşüb - YENİLƏNİB+FOTO

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Xeberoxu.Az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Bolqarıstana rəsmi səfərim zamanı bu ölkədəki biznes icması ilə tanış olmaq fürsəti əldə etdiyimə görə şadam. Bu görüşə gəldiyinizə görə sizə təşəkkür edirəm. Əvvəlcə demək istəyirəm ki, bu gün Prezidentlə apardığım müzakirələrdən çox razıyam. Biz ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparmışıq. Biz qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür. Təbii ki, biz sizi maraqlandıran məsələləri müzakirə edəcəyik. Çünki sizin bu görüşdə iştirakınız ondan xəbər verir ki, ölkəmizi yaxşı tanıyırsınız, inkişafımızı və apardığımız islahatları yaxşı bilirsiniz. Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız. Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.

Bu görüşdə iştirakınız üçün bir daha minnətdaram.

X X X

Sonra çıxış edən Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edildi. Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirdilər. Həmçinin Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdilər.

Görüşdə bolqarıstanlı iş adamlarına Azərbaycandakı investisiya imkanları və biznes mühiti barədə də ətraflı məlumat verildi.

***

18:09

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.