Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
01:43
1101

10
Sen
01:43



“Futbolçular mükafat gözləyir” - Maksim Medvedev

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin kapitanı Maksim Medvedev jurnalistlərə müsahibə verib.

Xeberoxu.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi öncə oyunla bağlı danışıb:

 "Uelslə oyundan sonra dərk edirdik ki, pis alınmadı, qaçırdıq, mübarizə aparırdıq. Demək olar ki, Uelsə futbol oynamağa imkan vermədik. Özümüzə güvəndik. Baxmayaraq ki. 1:2 hesabı ilə uduzduq, amma bizdə güvən var idi. Bu oyunda bunu göstərdik. Uzun yoldan sonra yorğun olacağımız bəlli idi. Komanda üzvləri ilə söhbət etdik. Düzdür, xorvatlar da yol gəliblər, amma biz daha uzun məsafədən qayıdırdıq. Oyuna yaxşı başlamadıq. İkinci hissədə gözəl futbol oynadıq. Hətta epizodlar oldu ki, Xorvatiyanı qapısına sıxdıq. İnam yarandı ki, ikinci topu da vuracağıq. Buna vaxt çatmadı".
 
- Nikola Yurçeviç bu oyuna sizi fərqli hazırlamışdı?
- Xorvatiya top komandadır. Bilirdik ki, ağır oyun olacaq. Son vaxtlar fərqli taktika seçir. Çalışırıq ki, hər yerdə çoxluq yaradaq. Uelslə oyunda gördük ki, bunu bacarırıq. Baxmayaraq ki, onlarda Qaret Beyl, Deniel Ceyms kimi ulduzlar var. Xorvatların da ulduz oyunçular var. Bu gün də eyni oynadıq və bizdə uğurlu alındı.
 
- Yığma Uelsə məğlubiyyət və Xorvatiya ilə heç-heçəyə görə mükafat alacaq?
- Rəhbərlik həmişə istəyib ki, bizə yaxşı baxsın. İnşallah, mükafat olacaq. Futbolçular da bunu gözləyir. Nə vaxt veriləcəyi bəlli deyil.
 
- Seçmə mərhələnin növbəti oyunlarından nə gözləmək olar?
- Xorvatiyadan bir xal almaq bizim üçün stimuldur. Uels də Bakıya gələcək. Onlarla da bu səviyyədə futbol nümayiş etdirmək istəyirik. Macarıstanla səfər matçımız da olacaq. Yaxşı və kompakt oynamağa çalışacağıq. Belə rəqiblərlə açıq futbol mümkün deyil. Açılan kimi özünüz də görürsünüz ki, hesablar 1:3, 1:5 olur. Bu gün fərqli taktika seçirik ki, daha da kompakt oynayaq.
 
- Bəhlul Mustafazadə və Anton Krivotsyukun oyunu necə alındı?
- Elə vəziyyət idi ki, bu gün millidə oynamağa ən layiq onlar idi. Baxmayaraq ki, hamı səhv edir. Görünürdü ki, komanda vuruşur. Nəticə üçün hər şey etdilər. Onlara da təşəkkr edirəm. Hər ikisi gənc futbolçudur. Bəhlul Mustafazadə gənc oyunçudur.  Çalışdı, vuruşdu, söz ola bilməz. Onlara dəstək olmalıyıq ki, gələcəkdə daha çox fayda versinlər.


 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az