XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
17:38
185
24
Noy
17:38



Proporsional seçki sistemi bərpa oluna bilərmi? - AÇIQLAMA

"Siyasi partiyaların sayını süni surətdə azaltmaq olmaz. Partiyaları cəmiyyət özü saf-çürük etməlidir. Ona görə də nə dövlətin, nə də cəmiyyətin qarşısında belə bir məqsəd yoxdur". 

Xeberoxu.Az xəbər verir ki,bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa Azərbaycanda siyasi partiyaların sayının çox olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərəkən deyib.

Deputat bildirib ki, hansı partiya öz fəaliyyətini normal tənzimləyə bilməyəcəksə, özü sıradan çıxacaq: "Partiyanın təbliğatı zəif olacaqsa, bu da müəyyən problemlər yaradacaq. "Siyasi partiyalar haqqında" qanun layihəsi bu ilin sonuna qədər qəbul olunsa, qarşıdakı ildən yeni bir qanunla, aktiv, canlanmış siyasi həyatı müşahidə edəcəyik".

Azərbaycanda proporsional seçki sisteminə keçidin mümkün ola biləcəyinə gəlincə, F.Mustafa qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanun seçki sistemi ilə elə bir əlaqəsi yoxdur:

"Seçki sistemi konstitusiyada nəzərdə tutula bilər. Əgər referendum olarsa, həmin məsələyə baxıla bilər. Proporsional seçki sisteminə keçilməsi partiyaların inkişafı üçün əsas amillərdən biridir. Yəqin ki, bu məsələ də müzakirə olunacaq", - deyə MM üzvü qeyd edib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Siyasət xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.