Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Noy
2019
11:50
1150

14
Noy
11:50



Ağ evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda – Ağ evdə birgə mətbuat konfransı keçiriblər.

XeberOxu.Az-ın məlumatına görə,  jurnalistlərlə görüşdən əvvəl Prezidentlərin rəhbərliyi ilə hər iki ölkəni təmsil edən geniş tərkibli heyətlər işçi naharında bir araya gəliblər. Sonra dövlət başçıları birlikdə ABŞ senatının üzvləri ilə görüşüblər.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, görüşdə Suriya böhranını gözdən keçiriblər. Tərəflər Yaxın Şərqdə sülhsevər və azad vəziyyət yaratmağı hədəfləyirlər. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.

Səfərin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və ABŞ Suriyada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirə bilərlər. PKK/YPG terror təşkilatları Türkiyə-ABŞ arasında təhlükəsizlik bölgə məsələsində əldə etdikləri razılaşmaya zərbə vurmaq üçün silahlı təxribatlar törətməkdə davam edirlər. Bütün bunlara baxmayaraq, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı uğurlu nəticələr verməkdədir. Türkiyə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.

ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamənin Türkiyəni ciddi narahat etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır. Tarixçilər Türkiyə Silahlı Qüvvələrinin arxivindəki 1 milyondan çox sənədi birgə araşdıra bilərlər. Prezident, həmçinin FETÖ və İŞİD terror təşkilatları, eləcə də qaçqınlar məsələsi, terrorçuların öz ölkələrinə deportasiya edilməsi ilə bağlı vəziyyətdən də bəhs edib. Qeyd olunub ki, Türkiyə qəti şəkildə FETÖ-nun ABŞ-dakı mövcudluğuna son qoyulmasını tələb edir.

Dövlət başçıları diqqətə çatdırıblar ki, tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılmasını hədəfləyir. Bundan başqa, Türkiyənin NATO üçün önəmli bir tərəf olduğu vurğulanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfər edib. Səfərin əsas məqsədi Suriya böhranı və ondan doğan məsələlər, o cümlədən Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələləri həll etməkdir.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.