Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
23:20
2476
20
Noy
23:20



Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiya Federasiyasının daxili təhlükəsizliyi üçün əhəmiyyətindən danışıb.

XeberOxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə V.Putin Rusiyanın Dağlıq Qarabağda sülhməramlı missiyası ilə bağlı müşavirədə deyib.

Rusiya dövlət başçısı bildirib ki, ölkəsi üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir:

"Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq, bizim üçün bunlar boş sözlər deyil".

V.Putin bildirib ki, Rusiya Dağlıq Qarabağda humanitar problemlərin həllində YUNESKO-nun və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) qoşulmasına ümid bəsləyir:

"Xüsusilə həm Azərbaycan, həm də Erməni tarixi abidələrinin və dini ziyarətgahların qorunması barədə demək istərdim". Rusiya prezidenti qeyd edib ki, bu məsələ "vacib bir əxlaqi, insani ölçüyə sahibdir".

V.Putin əlavə edib ki, Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağda humanitar problemlər daxil olmaqla aktual problemləri həll etmək üçün nümayəndə heyəti göndərəcək.

Rusiya lideri "həm Ermənistan, həm də Azərbaycan həmkarları ilə davamlı təmasda olduğunu" xatırladıb:

"Hər iki liderlə bir sıra nazirlik və qurumların rəhbərlərindən ibarət Rusiya nümayəndə heyətinin yaxın vaxtlarda Ermənistana və Azərbaycana göndəriləcəyinə dair razılığa gəldik".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







“Vətəndən pay olmur” deyib, ömründən pay verən şəhidimizin qəhrəmanlıq hekayəsi - VİDEO







Ürəyinin üstündəki telefonu düşmən gülləsinə sipər olan qazimiz danışdı - VİDEO







Vətən uğrunda canından keçən daha bir qəhrəmanımız - VİDEO







Əsgərin sevdiyi qızın anasına müraciəti -VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.