Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
RU   



12 Yan
2021
15:14
855
12
Yan
15:14



Qarabağ qazisinə yeni şəxsiyyət vəsiqəsi təqdim olundu

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon ərazisində yaşayan İkinci Qarabağ müharibəsi qazilərini ziyarət edir, onların qayğısına qalır, problemləri ilə maraqlanırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşları rayonun Xaspoladoba kəndində yaşayan qazi Sənan Əhmədovla görüşərkən onun torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan zaman üzərində olan müvafiq sənədlərini, eləcə də şəxsiyyət vəsiqəsini itirdiyi barədə məlumat alıblar. Şöbə əməkdaşları dərhal bu məsələyə operativ reaksiya veriblər. Qazimizin evdə müalicə olunduğu nəzərə alınaraq, RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin əməkdaşları bütün lazımi tədbirləri onun yaşadığı evdə yerinə yetirərək, ilkin sənədləri toplayıblar. Bir gün sonra isə Xaçmaz RPŞ-nin rəis müavini Vüqar Orucov və bölmə rəisi Elçin Əliyev qazi Sənan Əhmədovu yenidən ziyarət edərək, ona evində yeni şəxsiyyət vəsiqəsini təqdim ediblər. Daha sonra isə polislər onunla xatirə şəkli çəkdiriblər.

Görüşün sonunda Sənan Əhmədov ona göstərilən bu diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə, Xaçmaz RPŞ-nin kollektivinə öz minnətdarlığını bildirib.

Xaçmaz rayonu Xaspoladoba kənd sakini 1997-ci il təvəllüdlü Sənan Əhmədov 2018-ci ilin fevral ayından Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissənin Kəşfiyyat Bölüyündə xidmət edir. Döyüşlər başlayan ilk günlərdən kəşfiyyatçı kimi bir sıra ağır döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. 7 noyabr tarixində isə gecə saatlarında Şuşa şəhərinin azad olunması uğrunda aparılan döyüşlərdə yaralanıb.

Sənan Əhmədov dövlət rəhbərimizin sərəncamları ilə “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA







Tərtərdə gizli işləyən kafenin sahibi cərimələndi







Maştağada narkotik alverçisinin evindən beşbarmaq çıxdı







Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.