CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Iyul
2019
19:35
1077

09
Iyul
19:35



UNEC-də “Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “V.Ömürboyu təhsil və liderlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Universitetdən XeberOxu.az-a verilən məlumata görə, UNEC-in və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda ABŞ, İngiltərə, Yaponiya, Çexiya, İtaliya, Latviya, Portuqaliya, Polşa daxil olmaqla 40-a yaxın ölkədən 250-dək təhsil və elm adamları iştirak edib.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ömürboyu təhsilin qloballaşan dünyada xüsusi önəm daşıdığına diqqət çəkərək, konfransın mövzusunun aktual olduğunu bildirib. UNEC-də ömürboyu təhsilin reallaşdırılması üçün bütün imkanların yaradıldığını deyən A.Rzayev, UNEC Ekstern Mərkəzinin fəaliyyətindən söz açıb. Mərkəzdə regionlarda fəaliyyət göstərən KOS nümayəndələrinə idarəetmə üzrə distant təlimlərin keçirildiyini bildirib. A.Rzayev konfransın ömürboyu təhsilin inkişafı istiqamətində yeni töhfələr verəcəyinə əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açan Sakarya Universitetinin professoru Osman Titrek ömürboyu təhsilin son zamanlar təhsil sahəsində ən çox diqqət mərkəzində olan paradiqmalardan biri olduğunu qeyd edib. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu professor və alimlərin iki gün ərzində ömürboyu təhsilin nəzəriyyələri, texnologiyaları, iqtisadi aspektləri, iqtisadi inkişafdakı rolu və digər istiqamətlərdə məruzələri dinləniləcək.

Konfransda Böyük Britaniyanin Uorvik (Warwick) Universitetinin professoru Malkom Hoare, Portuqaliyanın Koimbra Universitetinin professoru Karlos Sousa de Reis və İtaliyanın Padova Universitetinin professoru Mişel Biasutti iqtisadiyyat və təhsil arasındakı əlaqələr, təhsil liderliyi mövzularında çıxışlar ediblər.

Konfransdan sonra panel iclaslarında ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, konfransa yerli və xarici alimlərin təqdim etdiyi 350-dək məqalə elm komitəsi tərəfindən təsdiqlənib. Konfrans materialları Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcək. Bundan əlavə, konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnallarla da əməkdaşlıq edir.

Konfrans iyulun 11-nədək davam edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az