XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

22 Sen
2022
21:07
488
22
Sen
21:07



Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alanların adı məlum olub - YENİLƏNİB

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Xeberoxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

***

Saat 16:00

Qazaxda iki uşağı ildırım vurub.

Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib.

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, - qeyd olunub.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Azyaşlı qızın sırğasını oğurlayanlar SAXLANILDI








Qanunsuz gətirilən külli miqdarda "iPhone" belə yaxalandı -FOTO








Dəhşətli qəzada yaralananların səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNDİ








65 yaşlı kişi özünü elektrik naqili ilə asdı



Digər Hadisə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.