Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Avq
2019
01:00
432

05
Avq
01:00




Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Clarte” klarnet kvarteti çıxış edib

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.

XeberOxu.az-ın məlumatına görə, kamera musiqisi həvəskarlarının budəfəki qonaqları istedadlı gənc ifaçılar və Azərbaycanın “Clarte” klarnet kvarteti olub.

Konsertin birinci hissəsində tamaşaçılar pianoçular Fəqan Həsənli, Svetlana Əhmədova, fleyta ifaçıları Nicat Salmanov, Əminə Zülfüqarova, qanun ifaçısı Natəvan Həsənova, solistlər Adil Axundov (tenor) və Taleh Yahyayevin (bariton) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini dinləyiblər.

Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verilib.

Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Məmməd Rəcəbli, Emil Bağırov, Məhəmmədəli Paşazadə və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.

Konsertdə G.L.Cobbun “Russian Rag”, Vaqif Mustafazadənin “Yollar”, Tofiq Quliyevin “Zibeydə”, İ.Volantenin “American feelinq” əsərləri səsləndirilib.

Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az