Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



08 Avq
2020
19:45
7239
08
Avq
19:45



Xəbəri səsli dinlə
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq

Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib.

XeberOxu.Az-ın məlumatına görə,  qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən qəbul edilib.

Qaydalara əsasən, Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsinə məsuldur.

Bundan başqa, 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team) yaradılacaq, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunacaq.

Qərarla buradan tanış ola bilərsiniz.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







BNA ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib







Cəlilabadda yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir







BŞTİ müdiri: 18 məktəb direktoru ilə əmək müqaviləsinə xitam verilib







“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.