XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



22 Noy
2021
16:49
908
22
Noy
16:49



Quba bələdiyyəsinin sabiq sədr müavini 30 min manatı ələ keçirib - RƏSMİ

Quba bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun məhkəməsi başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla Timiryazev bələdiyyəsinin sabiq sədr müavini M.Bayramovun işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 30 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən edilib.

M.Bayramov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.

İstintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi təmin edilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.