Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Avq
2019
14:32
465

05
Avq
14:32



RİİB könüllülərlə bağlı yeni fəaliyyət proqramının icrasına başlayıb

“Regional İnkişaf” İctimai Birliyi könüllülərin fərdi inkişafına dəstək verilməsi, bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sosial əlaqələrin inkişaf etdirilməsi məqsədilə yeni fəaliyyət proqramına başlayıb.

İctimai Birlikdən XeberOxu.az-a verilən məlumata görə, üç ay davam edəcək proqram çərçivəsində könüllülər üçün müxtəlif mövzularda təlimlərin, seminarların, interaktiv oyunların, müsabiqələrin keçirilməsi, kursların və müxtəlif müəssisə və təşkilatlara infoturların təşkili, eləcə də onların RİİB-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə, layihələrdə və sosial aksiyalarda iştirakı nəzərdə tutulur.

İlkin mərhələdə regionlardan olan 300-dən çox könüllü üçün “Komanda işi” mövzusunda təlimlər keçirilib, eləcə də müxtəlif müəssisələrə infoturlar təşkil olunub. Belə ki, könüllülər regionlarda fəaliyyət göstərən ayrı-ayrı müəssisələrə-“Astara Çay” MMC, Neftçala Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkı, “Şirvan şərabları” MMC, “Gilan Qəbələ Konserv Zavodu” ASC, “Azergold” QSC-nin Çovdar filiz emalı sahəsi, Qubada yerləşən Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Qarabağ Atçılıq Kompleksinə infoturlarda iştirak edib və həmin müəssisələrinin fəaliyyəti ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Təlimlərdə gənclərə, həmçinin komanda çərçivəsində fəaliyyət, uğur qazanmanın şərtləri, ünsiyyət və digər mövzularda məlumatlar verilib, müxtəlif interaktiv oyunlar təşkil edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az