XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



04 May
2021
11:40
1485
04
May
11:40



Ramazan tətilində dəyişikliklər edildi

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Nazirlər Kabinetinin digər qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Mövcud vəziyyəti dəyərləndirən yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, vətəndaşlar rayonlara üz tutarkən əsasən mikroavtobus və minik taksilərindən istifadə edirlər:
Düzdür, bu işin bir tibbi tərəfi də var ki, buna da diqqət yetirilməlidir. Misal üçün şəhərdaxili ictimai nəqliyyatda həddən artıq sıxlıq var və heç bir məsafə gözlənilmir. Həkimlər bunu belə izah edir ki, şəhərdaxili daşımalarda səyahət müddəti az olur. Avtobuslardan istifadə zamanı 30 dəqiqə müddət keçirsə, rayonlara səfər zaman bu bir neçə saat təşkil edir".

"Şəhərdaxili avtobuslarda çiyin-çiyinə, burun-buruna və kürək-kürəyə gedilirsə, rayonlara səfər zamanı belə hal olmur. Hər bir sərnişin öz oturacağında əyləşir, bundan əlavə avtobus bir müddətdən sonra saxlayır və salondakı havanı dəyişmək mümkün olur. Bunu qrafik şəklində də tənzimləmək olar və avtobuslar üçün qaydalar hazırlana bilər.

Ramazan tətilində mövcud vəziyyəti nəzərə alaraq rayonlara avtobusların sərnişin daşımasını müəyyən şərtlərlə bərpa etməsi çox yaxşı olardı".

7 günlük tətil müddətində avtobuslarla bağlı qadağanın ləğv edilmə ehtimalının olub-olmamasını dəqiqləşdirmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ilə əlaqə saxladıq. Qurumundan qeyd edildi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən ilin martda qəbul etdiyi qərar necədirsə, o cür də davam edir:

"Rayonlara gediş-gəliş tətillərə, digər günlərə baxmır. Ötən il verilən qərarda hələlik heç bir dəyişiklik yoxdur"

Rövşanə Nağıyeva

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var








Qazax sakinində narkotik aşkarlandı








Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var








Balakəndə intihara cəhd edən şəxs Bakıya gətirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.