23 May
2020
00:08
2289

23
May
00:08



Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

Respublika üzrə ümumən tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb.

XeberOxu.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edir. Onların əksəriyyəti tibb işçiləri olub. Həmçinin 537 nəfər tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. Bu günədək tibb işçilərindən 4 nəfər ölüb.

R.Bayramlı qeyd edib ki, bu gün 106 nəfərdə koronavirusa yeni yoluxma faktı aşkar edilib. Ümumilikdə bu günədək 3 855 yoluxma faktı olub, 2 399 nəfər isə sağalaraq evə göndərilib.

Onun sözlərinə görə, Operativ Qərargah ötən həftə ərzində pandemiya ilə mübarizə istiqamətində əks-epidemik tədbirlərini davam etdirib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







961 obyektdə sanitar-epidemioloji tələblər pozulub







BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı







Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb







Lənkəranda xüsusi karantin və sanitar rejimin tələblərinə nəzarət gücləndirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.