XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



30 Sen
2022
14:06
874
30
Sen
14:06



Rəhim Rəhimli dəfn olundu - YENİLƏNDİ -FOTO+VİDEO

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

Xeberoxu.Az xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınları iştirak ediblər.

13:03

Müğənni Rəhim Rəhimli son mənzilə yola salınır.

11:37

Bəstəkar-müğənni Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

İfaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub”.

07:42

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə “qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli bildirib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər MAQAZİN xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.