XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

05 Avq
2022
12:14
335
05
Avq
12:14



Rusiya Əskipara kəndində daha bir blokpost qurur
Ermənistan-Azərbaycan sərhədində Əskipara (ermənilər Voskepar adlandırır - red.) kəndində Tovuz istiqamətində Rusiya ordusunun (ərazidə quraşdırılmış dəmir vaqonun üzərindəki Rusiya bayrağının rənglərinə əsasən) artıq ikinci blokpostu tikilir.
Bu barədə Caliber.Az erməni mətbuatına istinadən xəbər verir.

Kənd soveti Rusiya blokpostunun tikintisini təsdiqləyib.
Tavuş rayonunun Berd kəndində daha bir Rusiya blokpostunun tikintisi iki ay əvvəl məlum olub. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyi bu məlumatı aşağıdakı ifadə ilə rəsmən təkzib edib:
"Müdafiə Nazirliyi Tavuş vilayətinin Berd icmasında, keçmiş hava limanı ərazisində Rusiya hərbi obyektlərinin tikintisi ilə bağlı rəsmi məlumatlara malik deyil. Ermənistan-Azərbaycan sərhədinin göstərilən hissəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi Ermənistan Respublikası Silahlı Qüvvələrinin müvafiq bölməsi tərəfindən həyata keçirilir”.
Lakin bu gün Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədin bu istiqamətində yerləşdirilməsi faktını artıq təsdiqləyib.
"Mətbuatda Rusiya hərbçilərinin Tavuş vilayətində, xüsusən də Voskepar (Əskipara) kəndində olması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, Rusiya sərhədçiləri qeyd olunan ərazidə yerləşdirilib, inşaatçılar isə sərhədçilərin maddi-texniki təminatı üçün binaların tikintisi üzrə işlər aparırlar”, - deyə Ermənistan Respublikası Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilir.
Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Şəmkirdə birmərtəbəli ev yanıb








Bakıda yük avtomobili yanıb








Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub








Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb



Digər Müharibə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.