Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



24 Yan
2023
23:58
418
24
Yan
23:58



Rusiyadan Qurani-Kərimin yandırılması ilə bağlı BƏYANAT

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin İsveçdə Qurani-Kərimin yandırılması və etirazlarla bağlı açıqlamasına münasibət bildirib.

Xeberoxu.Az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun baş katibi Stoltenberq bu gün verdiyi açıqlamada, "İsveçin paytaxtında Qurani-Kərimin yandırılması və digər hadisələrə İsveç hökuməti dərhal sərt reaksiya verdi və onları qınadı. Lakin ifadə azadlığı İsveçdə və NATO-nun bütün digər üzvlərində qiymətli sərvətdir. Bu cür qeyri-münasib hərəkətlər avtomatik olaraq qanunsuz deyil” - sözlərini işlətmişdi.

Zaxarova Stoltenberqin bəyanatına cavab olaraq bildirib ki, dini baxışlara hörmət etmək “məcburi”dir:

“Beynəlxalq sənədlərdə ifadə azadlığı hüququna hər hansı bir din və ya dini ayin haqqında tənqidi və təhqiredici ifadələrin işlədilməsi, xüsusilə də müsəlmanlar üçün müqəddəs olan Qurani-Kərimin yandırılması daxil deyil. Dini baxışlara hörmət zərurətdir, seçim yox. Niyə Stoltenberq bunu bilmir? Çünki Qərb təhsilsiz insanları Avropanın əsas yerlərinə atmaqdadır. Onları idarə etmək asandır. Bu qədər avropalı manipulyasiya edilir. Əgər Anglo-Saksonların nəzarətində olan ölkələr hamını mövcud olmayan cinsləri tanımağa məcbur edirsə, onlar milyonlarla insanın müqəddəs hesab etdiyi şeylərə hörmət etməlidirlər” - deyib.


Xeberoxu.az

Məqalə:     #Rusiyadan    #Qurani-Kərimin    #yandırılması    #ilə    #bağlı    #BƏYANAT  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.