Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



25 Yan
2023
00:35
471
25
Yan
00:35



Rusiyanın paytaxtında hazırlıq başladı: Savaş Moskvaya uzanır - Şok iddia

“Kreml Ukrayna ilə müharibənin genişlənməsini ciddi şəkildə nəzərdən keçirir və bu, Bankova, Ali Rada və Silahlı Qüvvələrin baş qərargahına raket hücumu formasında ola bilər. Eyni zamanda, Rusiya rəhbəri Vladimir Putin başa düşür ki, Moskvanın belə bir addımı Ukraynanın cavab zərbələri ilə nəticələnə bilər”.

Xeberoxu.Az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Mark Feyqin deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın cavab zərbələrinə qarşı Moskvada binalarının damlarında “Pantsir-S1” komplekslərini quraşdırır.

“Mən özüm də inanmağa daha çox meylli olduğum belə bir versiya eşitmişəm. Bu, həqiqətən də yeni mərhələdir: Gerasimovla yeni plan – yeni hücum. O, yeni hədəflərə zərbələri nəzərdə tutur, bu dəfə kritik infrastruktura deyil, qərar qəbuletmə mərkəzlərinə. Şərti desək, Bankovaya, Silahlı Qüvvələrin Baş Qərargahına və Ali Radaya raket zərbələri”, - Feyqin bildirib.

Eyni zamanda, ekspertin iddiasına görə, Putin belə bir eskalasiyanın necə nəticələnəcəyini anlayır:

“Tamamilə aydındır ki, əgər raket Bankovaya dəyəcəksə, deməli, cavabı da olacaq. Məsələn, bundan sonra Novoqirevonu (Moskvanın Şərq İnzibati Dairəsi - red.) və Kremli, Frunzenskaya sahilindəki Baş Qərargahı, Novo Arbatdakı Müdafiə Nazirliyinin binasını, FSB-ni, Lubyankanı vuracaqlar”.

Ekspert Ukraynanın pilotsuz təyyarələrinin Moskvanın müəyyən binalarına ziyan vura və dağıda biləcəyini və bunun Kremlə zərbə olacağını deyib.//Teleqraf.com


Xeberoxu.az

Məqalə:     #Rusiyanın    #paytaxtında    #hazırlıq    #başladı:    #Savaş    #Moskvaya    #uzanır    #Şok    #iddia  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.