23 Fev 2021
13:59
![]() |
23
Fev 13:59
![]() SOCAR hava şəraiti ilə əlaqədar əməkdaşlarını təhlükəsiz yerlərə köçürür - AÇIQLAMA “Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”. Bununla bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə, artıq açıq səthlərdə aparılan işlər dayandırılıb, həmçinin idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub: “45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən “Neft Daşları”na gətirilib”. Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Eləcə də, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın ikinci yarısında havanın dəyişəcəyi proqnozlaşdırılır. Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək. Daha çox həmin rayonlara qarın yağacağı gözlənilir. Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı təxmin edilir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı
Şirvanda minik avtomobili yanıb
|