Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
17:36
501

15
Iyul
17:36



SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrənin "Aqrolizinq" ASC-yə ilk satışı həyata keçirilib

SOCAR-ın Karbamid zavodunda istehsal olunan karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ilk satışı həyata keçirilib.

SOCAR-dan XeberOxu.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil edilmiş mərasimdə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov iştirak ediblər.

Bildirilib ki, əsas vəzifələrindən biri yerli sahibkar və fermerləri güzəştli şərtlər əsasında gübrə məhsulu ilə təmin etmək olan “Aqrolizinq” ASC indiyədək karbamid tədarükünü idxal yolu ilə həyata keçirib. SOCAR-ın Karbamid zavodunun fəaliyyətə başlaması ilə bu sahədə idxaldan asılılıq aradan qaldırıldığından, artıq karbamid gübrəsinin “Aqrolizinq” ASC tərəfindən həmin zavoddan satın alınması və güzəştli şərtlərlə yerli sahibkar və fermerlərə tədarük edilməsi planlaşdırılır.

May ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodunda hazırkı dövrədək təxminən 60 min ton karbamid istehsal edilmiş və bu məhsulun təxminən 45 min tonu tender yolu ilə əsasən Türkiyə və Ukrayna bazarlarına, habelə yerli bazarda “Azfert” MMC-yə satılmışdır. Hazırda zavodda istehsal edilən karbamidin tədarükü avtomobil və dəniz yolları vasitəsilə həyata keçirilir, yaxın gələcəkdə, zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur.

Karbamid Zavodunun direktoru Xəyal Cəfərov deyib: “Bu, bizim “Aqrolizinq” ASC ilə ilk əməkdaşlığımızdır. Bu əməkdaşlıq nəticəsində ölkə fermerlərinin ən keyfiyyətli gübrə məhsullarından olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaranır. Bu isə öz növbəsində məhsuldarlığın yüksəlməsinə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq”.

“Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov SOCAR-ın Karbamid Zavodu ilə əməkdaşlığı yüksək dəyərləndirərək deyib: “İnanıram ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilmiş karbamid zavodu layihəsinin uğurla başa çatdırılması və zavodun istehsala başlaması ölkənin kənd təsərrüfatınının inkişafında xüsusi rol oynayacaq, yerli istehsal olan karbamid gübrəsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə töhfə verəcək”.

Xatırladaq ki, Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara 16 yanvar 2019-cu il tarixində verilib. Zavodun istehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az