Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
19:40
1741
15
Sen
19:40



Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birgə Şirvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, onlar həssas əhali qruplarından olan Samirə Abbasovanın, Gülnarə Xəlilovanın, Əvəza Ağayevin və Şəlalə Rzayevanın proqram çərçivəsində verilmiş mal və materiallar hesabına yaratdıqları müəssisələrin (qadın gözəllik salonu, dərzi sexi, avtoyağlama, un məmulatları istehsalı müəssisəsi) fəaliyyəti ilə tanış olublar.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bu il özünüməşğulluq proqramı daha da genişləndirilir. Cari ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunması və biznes planları müsbət dəyərləndirilənlərin aktivlərlə təminatı işləri aparılır.

Nazir qeyd edib ki, Şirvan şəhərində də ötən il əsasən həssas əhali qruplarından olmaqla 182 nəfər proqrama cəlb olunub. 2020-ci ildə bu rəqəm daha çox olacaq və bu ilin ötən dövründə artıq 152 nəfər proqrama qoşulub. Onlardan artıq bir qisminə aktivlər də verilib. Bu il də proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edir.

Proqram iştirakçıları onların sahibkarlığa çıxışına və sosial rifahına göstərdiyi böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar bu kiçik müəssisələrini inkişaf etdirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.