XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

03 Noy
2021
15:02
6246
03
Noy
15:02



Azərbaycan və BƏƏ arasında Biznes Şurası yaradılacaq - FOTO

“Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair Protokol imzaladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində məlumat yayıb:

“Sənədə əsasən, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə BiznesŞurası və işçi qruplar yaradılacaq”.“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.

“Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - o qeyd edib.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Yevlaxda çoxmənzilli yaşayış binasında baş verən yanğın SÖNDÜRÜLDÜ -YENİLƏNİB








Bakıda minik avtomobilləri toqquşub








Azyaşlıların spirtli içki qəbul etmələri ilə bağlı DİN-dən AÇIQLAMA








Ağdam xəstəxanasında kütləvi ZƏHƏRLƏNMƏ



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.