XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



16 Noy
2021
10:27
2500
16
Noy
10:27



DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən məlumata görə, hazırda müşahidə olunan küləkli və yağmurlu hava şəraiti hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir.

Hava küləkli olduğu üçün sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamasınlar. 

Yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən, avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar.  

Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.

Eyni zamanda, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçmələdirlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Avto-Moto xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.