XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



16 Noy
2021
19:35
3272
16
Noy
19:35



Avtomobilini nömrəsiz idarə edən qazi saxlanıldı - VİDEO

Hacıqabul-Horadiz yolunda nömrəsiz nəqliyyat vasitəsi saxlanılıb. 

Bu gün həmin yolda yerləşən stasionar postda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları nömrəsiz hərəkətdə olan nəqliyyat vasitəsinə “Saxla” əmrini verib. Məlum olub ki, dövlət nömrə nişanı olmadan hərəkətdə olan avtomobili idarə edən şəxs qazidir.

Polis əməkdaşları sürücü ilə profilaktik söhbət aparıb. Avtomobilin dövlət qeydiyyat nişanını çıxarmaqla yola çıxmağın yolverilməz olduğu bildirilib. Qazi YPX əməkdaşının ona bildirdiyi iradla tam olaraq razılaşıb. 

Sürücü avtomobilin dövlət qeydiyyat nömrə nişanının bərkidilməsi üçün zəruri olan vintin düşməsi səbəbindən açdığını deyib. Əməkdaşların köməyi ilə nömrə müvafiq qaydada avtomobilə bağlanılıb. Qazi barəsində heç bir protokol tərtib edilmədən, onun hərəkətini davam etdirməsinə icazə verilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Avto-Moto xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.