XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



17 Noy
2021
07:00
3061
17
Noy
07:00



Üzərinə ağac aşan maşınların pulunu kimdən tələb edək?

Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və xüsusilə güclü külək bir sıra qəzalara və bədbəxt hadisələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, yol kənarındakı ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və s. küləyin təsirindən yol kənarındakı avtomobillərin üzərinə aşdığının şahidi oluruq. Eləcə də, tikinti gedən binalardan daş və digər əşyalar düşməsi nəticəsində yaralanan, hətta həyatını itirən vətəndaşlar olur.

Hava şəraiti ilə bağlı həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm Fövqəladə Hallar Nazirliyi, həm də Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Bəs hava şəraiti ilə əlaqədar vətəndaşlara dəymiş ziyanı kim ödəməlidir?

Sığorta eksperti İlkin İbrahimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, küləyin sürəti saniyədə 30 metrdən yuxarı olarsa, bu, qasırğa sayılır və qasırğanın törətdiyi hadisələr sığorta hadisələrinə daxil edilir:

“Məsələn, getdiyi yerdə vətəndaşın başına daş düşür və xəsarət alırsa, bu halda fiziki şəxslərlə bağlı sığorta məhsulu yoxdur. Amma bu hal tikinti işləri gedən binaya aid bir əşyanın düşməsinə görə baş veribsə, mülki məsuliyyətin icbari sığortası məsuliyyəti yaranır. Bu sığorta məcburidir və hər bir tikinti sahəsi üçün nəzərdə tutulub. Vətəndaşlar belə hallarda həmin inşaat şirkətinə müraciət edə bilər ki, onların kompensasiyasını ödəsinlər”.

Ekspertin sözlərinə görə, küləyin yaratdığı fəsadlara görə avtomobillərə dəymiş ziyanı yalnız kasko sığorta qarşılayır:

“Avtonəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası var. Yəni burada qarşı tərəfə dəyən 5 min manata qədər dəyərindəki ziyanı sığorta şirkətləri ödəyir. Lakin külək və digər hallarda ağac sizin maşının üzərinə aşıbsa, bu zaman dəymiş ziyanı kasko sığorta ödəyir. Kasko sığorta nədir? Bu, könüllü sığortadır. Bunu biz özümüz öz avtomobilimiz üçün edirik.

Məsələn, mənim avtomobilimin üzərinə daş düşdü, ağac düşdü və yaxud avtomobilim oğurlandı, bu halda kasko sığorta dəymiş ziyan qarşılayır. Arzu edərdim ki, vətəndaşlar həm də kasko sığorta əldə etsinlər ki, bu cür hava şəraitlərində də rahat olsunlar.

Könüllü sığortada müqaviləsinin şərtlərindən asılı olaraq qarşılanacaq ziyanın miqdarı müəyyən oluna bilər. Bu da sığorta haqqında fərqli qiymətlərdən aslıdır”.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda müşahidə olunan küləkli və yağışlı hava şəraiti hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir:

“Hava küləkli olduğu üçün tövsiyyə edilir ki, sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, irihəcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində qopma, aşma təhlükəsi olan digər əşyaların yaxınlığında və ya altında saxlamasınlar.Yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Yağış nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.

Eyni zamanda, tövsiyə olunur ki, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçsinlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər”.

Qeyd edək ki, Bakıda güclü külək müşahidə olunur. Paytaxtda ötən gecədən bəri müşahidə olunan küləyin gücü gün ərzində 30-35 metr/saniyəyə çatıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Avto-Moto xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.