XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



18 Noy
2021
10:41
2457
18
Noy
10:41



Nazir Bakıdakı dünya çempionatının təşkilatçılığından danışıb

Bakıda batut gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Xeberoxu.Az-in məlumatına görə, Milli Gimnastika Arenasında ilk olaraq iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib.

Azərbaycanın Avropa çempionu, dünya yaş qrupları yarışların qalibi Mixail Malkin idmançılar adından bütün qaydalara riayət edəcəklərinə, həmçinin yarışın dopinqsiz keçəcəyinə dair and içib.

Məşqçilər və hakimlərin andından sonra Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbova söz verilib.

Nazir ilk növbədə qonaqları və idmançıları salamlayıb. O, Prezident və Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin siyasəti nəticəsində ölkədə bir sıra irimiqyaslı beynəlxalq yarışların keçirildiyini xatırladıb: "Azərbaycanda müxtəlif idman qurğularının mövcud olması, təşkilatçılıq təcrübəsi və bizə məxsus vətənpərvərliyi tədbir iştirakçıları həmişə müsbət qiymətləndirib. Artıq 4-cü dəfədir ki, gimnastika üzrə dünya çempionatı keçiririk. Daha əvvəl iki dəfə bədii gimnastika, bir dəfə aerobika üzrə belə yarışlar təşkil olunub. Hamısı da yüksək səviyyədə baş tutub. İnanıram ki, bu mundial da istisna olmayacaq. Azərbaycan Gimnastika Federasiyasına və qurumun prezidenti Mehriban Əliyevaya yarışı təşkil etdikləri üçün təşəkkür edirəm".

Qayıbov dünya çempionatını Azərbaycana həvalə etdiyi üçün Beynəlxalq Gimnastika Federasiyasına (FIG) da minnətdarlığını bildirib: "Əməyi olan hər kəsə və könüllülərə təşəkkür edirəm, idnançılara uğurlar arzulayıram. İnanıram ki, ölkəmizdə keçirdikləri hər gün onlar üçün maraqlı olacaq".

FIG-in prezidenti Morinari Vatanabe yarışın təşkilatçılarına təşəkkür edib və gimnastlara uğurlar arzulayıb.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra mundial açıq elan olunub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-də başa çatacaq.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.