XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



01 Dek
2021
00:22
1907
01
Dek
00:22



"Qarabağ"ın sabiq legioneri: "Məni Azərbaycan millisinə cəlb etmək istəyirdilər"

"Qarabağ"a Denis Sokolovskinin vasitəsilə keçmişdim. Onun özü də həmin komandada çıxış edib".

Xeberoxu.Az-ın məlumatına görə, bu fikirləri Ukrayna millisinin sabiq futbolçusu Sergey Kravçenko "Qarabağ"a transferi barədə yerli mətbuata müsahibəsində deyib.

38 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunun son illərdə xeyli gücləndiyini bildirib: "O vaxtkı komanda ilə indikini qarışdırmayın. Hazırda "Qarabağ" çox güclü kollektivdir. UEFA Çempionlar Liqası və Avropa Liqasının qruplarında mübarizə aparır. Mənim vaxtımda isə ortabab klub idi. Ukraynaya qayıtdıqdan sonra dostum dedi ki, adətən futbolçular Azərbaycandan ayrılandan sonra karyerlarını bitirirlər, sən isə hər şeyə orada başladın".

Təcrübəli futbolçu "Qarabağ"da oynamağın onun üçün xoş olduğunu söyləyib: "Bu klubda hələ də əlaqə saxladığım insanlar var. Hətta onlardan biri mənə deyirdi ki, "Qarabağ"dan sonra "Dinamo" (Kiyev), "Dnepr" kimi komandalarda oynamış, Ukrayna millisinə çağırılmış yeganə futbolçusan".

Kravçenko Azərbaycanda əla vaxt keçirdiyini vurğulayıb: "Orada 6 ay çıxış etdim. Daim əsas heyətdə oynayırdım. Hətta mənə Azərbaycan vətəndaşlığı verib milliyə cəlb etməklə bağlı söhbət də olmuşdu. Düşünürəm ki, orada olduğum müddətdə bir az parlamışdım. Amma təklifi qəbul etmədim və Ukrayna yığmasında oynamaq istədiyimi bildirdim. Həmin vaxt hamı mənə güldü. Dedilər ki, Azərbaycan çempionatında 8-ci yerdə gedən komandadan Ukrayna millisinə düşə bilməzsən".

Hazırda ölkəsinin "Çernomorets" klubunun şərəfini qoruyan yarımmüdafiəçi "Qarabağ"dan ayrılmasının səbəbini də açıqlayıb: "Azərbaycan çempionatında qış fasiləsi yarandıqdan sonra Ukraynaya qayıtdım və Donetskdə keçirilən turnirdə iştirak etdim. "Vorskla" klubunun nümayəndələri oyunumu görüb məni baxışa çağırdılar. "Qarabağ"la 6 aylıq müqaviləm qalmışdı. Amma danışıq olmuşdu ki, yaxşı təklif gəlsə, məni buraxacaqlar. Həmin ərəfədə Azərbaycandan 2 sərfəli təklif aldım. Aylıq 10 000 ABŞ dolları verirdilər. Mən isə "Vorskla" ilə bundan 3 dəfə az maaşa müqavilə bağladım".

Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mövsümünün ilk hissəsində "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.