XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



01 Dek
2021
17:31
1145
01
Dek
17:31



Yaralı zabitlər: "Helikopter meydançaya eniş edən zaman yerə çırpıldı"

"Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalıydı. "Səngəçal" aerodromundan "Qaraheybət" aviasiya poliqonuna getməliydik".

Bu fikirləri "Report"a Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

Onun sözlərinə görə, helikopterlə istiqamət üzrə hərəkət edilib: "Meydançaya eniş etmək üçün manevr edəndən sonra helikopter yerə çırpılıb. Mən sərnişin kabinəsində oturmuşdum. Hadisəni tam təfərrüatı yadımda qalmayıb. Enişin yerinə yetirilməsi zamanı qəza oldu. Helikopterdə heç bir nasazlıq və başqa bir şey hiss olunmadı. Gözlərimi hospitalda olanda açmışam".

E.Cəfərov qeyd edib ki, helikopterdə heç bir məhdudiyyət aşılmamışdı: "Helikopterin desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin girişində əyləşmişdim. Heç bir şübhəli məqam yox idi"

"Ayağımda əzik var, bir də sol qolumun bazu sümüyündə sınıq var", - o vurğulayıb.

Qəza zamanı yaralanan DSX-nin kapitanı Ramin Ədilov söyləyib ki, enişə gələn zaman birdən-birə helikopterdə idarəetmə itib: "Sürətlə yerə çırpıldıq. Heç bir kənar müdaxilə olmayıb. Helikopter birdən yerə çırpıldı. Bir də gözümü hospitalda açdım. Üzümdə xəsarət var və sol dizim də əzilib. Hazırda vəziyyətim normaldır".

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.