XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



01 Dek
2021
23:40
1218
01
Dek
23:40



BMT-dən dünyaya - Çağırış

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) beynəlxalq ictimaiyyəti Əfqanıstandakı böhrandan qaçan və başqa ölkələrə sığınan mülki şəxslərə qapılarını açmağa çağırıb.

Bu barədə Komissarlığın yazılı açıqlamasında qeyd edilib.

Bildirilib ki, bir çox mülki vətəndaş qonşu dövlətlərin Əfqanıstanla bağlı sərhədləri səbəbindən qonşu ölkələrdən sığınacaq ala bilməyib. Sərhədi keçə bilməyən çoxlu sayda əfqanın beynəlxalq müdafiə gözlədiyi vurğulanıb.

“Əfqanıstanda qızların təhsil qadağası və gündəlik məhdudiyyətlər insanların gündəlik həyatına mənfi təsir göstərir və ölkəyə humanitar yardımın çatdırılmasına mane olur”, - açıqlamada yazılıb.

Bəyanatda ölkədəki iqtisadi vəziyyətin getdikcə pisləşdiyi vurğulanıb. Mövcud iqtisadi böhranın minlərlə insanı ölkəni tərk etməyə məcbur edə biləcəyi xəbərdarlığı olunub.

O da vurğulanıb ki, Pakistan, İran və Tacikistan quru sərhədlərini Əfqanıstanla bağladıqları üçün əfqan mülki vətəndaşlar qeyri-qanuni yollarla bu ölkələrə keçməyə çalışırlar.

Həmçinin, İranın avqust ayından bəri ölkəyə sığınan üç minə yaxın əfqan qaçqını geri qaytardığı, Pakistanın isə son üç ayda orta hesabla 1800 qaçqını Əfqanıstana geri göndərdiyi bildirilib.

Qeyd edək ki, “Taliban” ölkənin idarəçiliyini ələ keçirdikdən sonra Əfqanıstana beynəlxalq yardım dayandırılıb.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və ABŞ Federal Ehtiyat Sistemi də Əfqanıstanın beynəlxalq fondlara çıxışını kəsib.

ABŞ avqustun 17-də Əfqanıstan Mərkəzi Bankının təxminən 10 milyard dollarlıq ehtiyatlarını dondurub.

Əfqanıstanda işsizlik, yoxsulluq və aclıq qorxulu həddə çatıb.

BMT-nin proqnozuna görə, əhalinin yarıdan çoxu olan 22,8 milyon insan qış aylarında Əfqanıstanda ciddi ərzaq çatışmazlığı yaşaya bilər.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.