XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



02 Dek
2021
23:24
869
02
Dek
23:24



Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşüb.

Xeberoxu.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. O, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq platformalarda, habelə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğu qeyd edilib.

Tərəflər ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, yaşıl enerji, yüksək texnologiyalar, təhsil, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər bu xüsusda Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Qarşı tərəf Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın, daha da genişləndirilməsi və dərinləşdirilməsinin böyük əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.