XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
14:45
470
07
Apr
14:45



Sara Maykl: “Azərbaycanda bank islahatlarına dəstək verməyə hazırıq”

“Hazırda Azərbaycanın milli valyutası sabitdir və ötənilki qarışıqlığı [neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxardı] nəzərə alsaq bunun təqdirəlayiq hal olduğunu deyə bilərik”.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) Azərbaycan milli valyutası olan manatın və bank sektorunun real vəziyyətini şərh edərkən deyib.

S.Mayklın sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda aparılan islahatlara dəstək verməyə hazırdır:

“Düşünürəm ki, ötən il bankların kredit portfellərinin həcmində azalmalar baş verib və hökumət problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün bir sıra addımlar atıb.

Depozitlərlə bağlı müəyyən çətinliklər mövcuddur və düşünürəm ki, hökumət bank sektorunu gücləndirmək üçün doğru addımlar atır. Dünya Bankının hər ay yenilənən iqtisadi proqnozlarında həm də bu sektorda baş verənlərlə bağlı rəsmi mövqeyimiz yer alır.

Artıq hökumətin bank sektorunda həyata keçirmək istədiyi islahatlarla bağlı əsas diqqətdə saxladığı məsələləri açıqladığını hesab edirəm. Dünya Bankı olaraq biz Azərbaycana bu sahədə də dəstək göstərməyə və sektoru analiz etməyə hazırıq.

Biz həmçinin Beynəlxalq Valyuta Fondundan (IMF) olan həmkarlarımızla birgə FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparırıq [2013-çü ildən] və bura bank sektorunun da bəzi aspektləri daxildir.

Beləliklə bu, dövlətin bank sektorunda mövcud olan bəzi problemlərin həlli üçün vastələrdən biri ola bilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda 26 kommersiya bankı mövcuddur. Ötən il 4 bankın ("AGBank", "Amrahbank", "AtaBank" və "NBCBank" ASC-lər) lisenziyası ləğv edilib. 2020-ci ildə bankların aktivlərinin həcmi 2,5 %, depozitlərin həcmi 4 %, fiziki şəxslərin əmanətləri isə 6,5 % artıb. Sektorun cəmi kapitalı isə 2020-ci il ərində 2,5 % artıb. Ölkədə fəaliyyət göstərən bankların əldə etdiyi cəmi mənfəəti 567,8 mln manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.