23 May
2020
14:08
91483

23
May
14:08



"Sədərək" -dən YENİ xəbər var - RƏSMİ AÇIQLAMA
"Sədərək" Ticarət Mərkəzində icarədarlardan pul tələb edilir.
XeberOxu.Az bildirir ki, bu barədə Qaynarinfo-ya ticarət mərkəzinin icarədarları məlumat verib.  Onların sözlərinə görə, pandemiya dövründə ticarət mərkəzinin fəaliyyəti dayandırılıb. "Sədərək” rəhbərliyi birinci ay onlardan pul almayıb. Amma indi rəhbərlik icarədarları sıxışdırmağa başlayıb. "İkinci ayın pulunu verin” deyə icarədarları hədələyirlər. Artıq iki aydır ki, ticarət mərkəzi fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı bəzi qadağaları götürsə də, ticarət mərkəzlərinin fəaliyyətinə icazə verməyib. Qadağanın nə vaxt götürüləcəyi isə bəlli deyil. Bəs hansı əsasla "Sədərək" rəhbərliyi icarədarlardan icarə haqqı tələb edir?  "Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətini rəhbəri Kəmaləddin Qədimov isə Qaynarinfo-ya açıqlamasında icarədarlardan pul tələb olunmadığını bildirdi: "Bazar bağlıdır. Axı bağlı olan bazardan kim yer haqqı tələb edir? Olmayan yerdən pul almaq olar? Biz özümüz işə çıxmırıq. İcarədarlara bazar bağlanmamış güzəşt olunub”.    Kəmaləddin Qədimov qeyd edib ki, Oreativ Qərargah nə qərar versə, ona uyğun addımlar atılacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Dəniz səfirlərinin video konfransı keçirilib







DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı







Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır







Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.