# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:47
551

25
Mart
19:47



Səma-555 MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda bütün dünyanın, o cümlədən, ölkəmizin mübarizə apardığı pandemiyaya qalib gəlmək məqsədilə həmrəyliyə dəvət edib, onları iş yerlərində və yerləşdikləri ərazidə mövcud virusdan qorunma qaydalarının təbliğinə çağırıb.

Xeberoxu.Az-ın məlumatına görə, Norm-un çağırışına qoşulan şirkətlərdən biri də şirkətin rəsmi distribütoru Səma-555 MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə əsl vətəndaş mövqeyi nümayiş etdirib.

Səma-555 şirkəti virusa yoluxmanın qarşısınının alınması üçün nəzərdə tutulan qaydalara iş yerlərində riayət etməklə yanaşı, dilerlər şəbəkəsinin də lazımi qaydada məlumatlandırılması, dezinkeftə edici vasitələrlə və tibbi maskalarla təmin edilməsi üçün aktiv fəaliyyətə başlayıb.

Səma-555 MMC özünüzün və ətrafdakı insanların sağlamlığı üçün hər birinizi bu mübarizəyə qoşulmağa, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlim və tövsiyələrinə əməl etməyə, yaşlı insanlara dəstək olmağa, sosial məsafə qaydalarını həyatınızda təbiq etməyə çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.