13 Yan 2021
23:38
![]() |
13
Yan 23:38
![]() Senatdakı respublikaçılar toplaşmaqdan imtina etdilər - YENİLƏNİB - CANLI Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasını çağırmaqdan imtina edib. Bu barədə “Washington Post” nəşri məlumat yayıb. Mənbə yazır ki, beləliklə də demokratların D.Trampı səlahiyyət müddəti bitmədən vəzifəsindən kənarlaşdırmaq planı reallaşmayacaq. *** ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır. Bu barədə öz “Twitter” səhifəsində parlament müxbiri Jamie Dupre yazıb. O, qeyd edib ki, bir saat ərzində konqresmenlər Prezidentin vəzifəsindən kənarlaşdırılması barədə debatların ardıcıllıq qaydasını müəyyən edəcək, daha sonra impiçmentlə bağlı iki saat müzakirələr aparılacaq. Qeyd edək ki, hazırda Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil edir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib
Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı
Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı
|