22 Fev 2021
07:00
![]() |
22
Fev 07:00
![]() Səudiyyə Ərəbistanında ilk dəfə qadınların orduda xidmət edəcəyi açıqlanıb Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi öz rəsmi portalında ilk dəfə orduda muzdlu əsaslarla xidmət etmək istəyən qadınlardan müraciətləri qəbul edəcək. XeberOxu.Az-ın məlumatına görə, bu barədə “Alarabia” telekanalı məlumat yayıb. Zərif cinsin nümayəndələri quru, dəniz, hava, strateji raket qoşunlarında və tibb bölmələrində xidmətə götürəcək. Nazirlik bildirib ki, hərbi xidmətə qəbul edilən qadınlara sıravi əsgər və serjant rütbələri veriləcək. Bu yenilik Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-cu ilədək islahatlar proqramı çərçivəsində həyata keçirilir. Hərbi xidmətə 21-40 yaşlarında və ən azı 155 santimetr boyunda, ali təhsilli, kriminal keçmişi olmayan və sağlam səudiyyəli qadınlar qəbul ediləcək. Həmçinin onlar əcnəbi vətəndaşlarla evli ola bilməzlər.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı
Şirvanda minik avtomobili yanıb
|