08 Apr 2021
03:20
![]() |
08
Apr 03:20
![]() Soyuq hava dalğası: fransız fermerlər dona qarşı necə mübarizə aparırlar Fransada son günlər soyuq hava dalğası təsərrüfatçıları, fermerləri narahat edir və onların işin birə on artırıb. Təsərrüfatçıların dona qarşı mübarizə tədbirləri sahələrdə qeyri-adi mənzərə yaradıb. XeberOxu.Az-ın məlumatına görə, fermerlər gecə-gündüz çalışıb dona qarşı müxtəlif tədbirlər görürlər. Yenicə tumurcuqlamağa başlayan üzüm tinglərini dondan qorumağa çalışan fermerlər bütün vasitələrə əl atırlar. Bəzi fermerlər üzümlüklərdə ocaq qalayır və digər qrup fermer isə kustar üsulu ilə hazırlanmış antifriz məhluldan istifadə edir. Fermerlərin dona qarşı mübarizə üsulları sahələrdə qeyri-adi mənzərə yaradıb. Təsərrüfatçılar bu vasitələrlə temperaturu 1 və ya 2 dərəcə azaltmağa nail olacaqlarını düşünürlər. Ancaq temperatur -5 dərəcəyə düşərsə, təsərrüfat üçün fəlakət olacaq. Qeyd edək ki, aprelin 5-dən Fransada hava kəskin soyuyub və temperatur -1,5, hətta -3 dərəcəyə enib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Prokurorluq: Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır
Xızıda “Qrad” mərmisi aşkarlandı
Ağdamda qoyun otaran sakin minaya düşüb
Bakıda yanğın olub, iki nəfər zəhərlənib
|
|