Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
16:24
1502
15
Sen
16:24



Su polisləri qanunsuz ov edənləri saxlayıb (VİDEO)

Müvafiq icazələri olmadan qanunsuz olaraq ov edən və balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, Qazax rayonunda idarənin inzibati ərazisinə daxil olan Qarayazı Dövlət Təbiət Qoruğunda həyata keçirilən tədbir zamanı elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan rayon sakini Kərəm Mansurov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin balıqçılıqla məşğul olması üçün heç bir icazəsinin olmadığı məlum olub. Kərəm Mansurovla aparılan profilaktik söhbət zamanı ona elektrik avadanlıqları ilə balıq tutmanın təhlükəli olduğu və bu halın suda yaşayan canlıların kütləvi məhvinə səbəb olduğun izah edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdalıqlara baxmayaraq brokenyerliklə məşğul olan şəxslərə qarşı daha bir tədbir Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilib. Həmin ünvanda qanunsuz olaraq dənizdə tor quraraq balıq ovlayan paytaxt sakinləri Nəriman Abdullayev və Ziyafət Məcidov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin olmadığı məlum olub.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Həmin şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Həmçinin idarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və adları sadalanan qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.