Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
11:35
903

06
Sen
11:35



Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi - 3” adlı layihə yekunlaşıb

"Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiyasınınn tərəfdaşlığı ilə keçirilən "Sumqayıt məktəblilərinin Ekoloji Düşərgəsi – 3” adlı layihə sona çatıb.

XeberOxu.Az-ın məlumatına görə, 30 avqust – 3 sentyabr 2019-cu il tarixlәrini әhatə edәn ekoloji layihә hər gün ayrı-ayrı günlük tәdris proqramı ilә təbiətimizin gözəl guşələrindən biri olan Qusar rayonunda təşkil edilib.

Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmənin artırılması, onlar arasında ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətlərində fəaliyyətlər təşkil etmək olmuşdur. Layihədə iştirak etmək üçün müraciət edən məktəblilərin hər biri ilə fərdi görüşlər keçirilmiş, iştirak haqqı qazanmış şagirdlər layihə komandası tərəfindən seçilmişdir. Açıq hava şəraitində təşkil edilən düşərgədə Sumqayıt şəhərində fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən 35 məktəbli iştirak etmişdir. Layihə müddətində Xəyalə Samoylova tərəfindən keçirilən yoga və meditasiya dərsləri, peşəkar təlimçi Anar Məmmədov tərəfindən şagirdlərə komanda quruculuğunun aşılanması, fövqəladə hallar zamanı ilk yardım hallarının öyrədilməsi və digər məlumatlar məktəblilər arasında ümumi biliyin artırılmasında əhəmiyyətli rol oynamışdır. Ekoloji düşərgəyə cəlb edilmiş məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsi ilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaqdır.

Qeyd edək ki, bundan əvvəlki düşərgələrdə iştirak etmiş şagirlərin təşəbbüsü ilə artıq Sumqayıt şəhərinin 10 orta məktəbində ekoloji klub yaradılmışdır. Bu layihədə isə 2019-2020 tədris ili üçün şagirdlərlə birlikdə yeni fəaliyyət planı müzakirə olunmuşdur. Layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı ilə düşərgədə iştirak etmiş məktəblilər təhsil aldıqları Sumqayıt şəhərinin orta təhsil müəssisələrində yaradılmış klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndirəcəklər. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək və məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaqdır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az