Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
15:56
834

13
Iyul
15:56



Təlimçilərin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün növbəti təlim keçirilib

“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təşkil edilən növbəti təlim nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təlimçi əməkdaşları üçün təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, məqsəd dövlət məşğulluq xidmətlərinin daha innovativ və müasir səviyyədə təşkili sahəsində aparılan işlərin dəstəklənməsi olub. Bakı şəhərində və Göyçay rayonunda təşkil edilən 3 günlük təlimdə 11 əməkdaş iştirak edib. Beynəlxalq ekspertlər tərəfindən onlara müvafiq sahədə təlimçi kimi peşəkarlıq səviyyələrinin artırılması üçün bilik və bacarıqlar, yeni təlim metodologiyaları öyrədilib.

Təlimin sonunda iştirakçılara sertikatlar təqdim edilib. Onlar işaxtaranlar və işəgötürənlərlə işləyən yerli məşğulluq mərkəzlərinin digər əməkdaşlarına yüksək xidmət göstərmək üçün zəruri bilik və bacarıqları tədris edə biləcəklər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az