XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
16:16
4494
29
Iyul
16:16



"Haram tikə yeyirəmsə, niyə taksidə gəzirəm, evim də yoxdur"
Müğənni Mətanət Əsədova haqqında yayılan həbs xəbərlərinə aydınlıq gətirib.

Xeberoxu.Az xəbər verir ki, sənətçi İnstaqramda canlı yayıma girərək adının insan alverində hallanmasına əsəbiləşdiyini və həmin şəxsi tapmaq üçün polisə şikayət etdiyini söyləyib. Əsədova onunla bağlı şayiə yayan şəxsin həmkarı olduğunu iddia edib:

"Oturduğum yerdə mənə nələr edirlər. Bunun qarşısı alınmalıdır. Bezdim. Nə imkan verirlər yetimliyimin, xəstəliyimin, səsimdə olan problemin dərdini çəkim. Evimdə ağır xəstələr var, həyəcan olmaz. Bilmirəm onların, bilmirəm öz acınacaqlı halımın fikrini edim. Bunu tapmaq mümkün deyil? Bir dəfə haqqımda çıxan yalan xəbərlərə görə polisı müraciət etdim. Amma yenə başlandı.

Mən də kiməsə yaltaqlanan, özümü ortaya qoyan olsaydım, divarlarım qızıldan olardı. Əgər nəşə oxumaqla olursa, mən niyə edə bilmirəm? Mən haram tikə yeyirəmsə, niyə taksi ilə gəzirəm? Villarım, evim, maşınım yoxdur. Heç kimin heç nəyində gözüm yoxdur. Qaldığım ev kirayədir. Heç kimdən nəsə istəmirəm. Nə ad, nə maşın, nə ev, nə var-dövlət istəyirəm. Ev, maşın, qızıl, ər sizdədir. Hələ başınızın üstündə milyonlar var.

Sənət dostlarım zəng ediblər ki, bir bu qalmışdı sənə yaxılmayan. Narkotiklə məşğul olanlar, özünü ortaya qoyanlar qalıb kənarda. Utanıram, ət tökürəm, bilmirəm nə deyim. Bilirəm bunu kim, nə üçün edir. Qadının öz işi var. Qadın polis idarəsi gəzər? Qaçıb gedirlər şikayət edirlər, şər atırlar, o bunundan şikayət edir. Belə şey olar?

Bundan əl çəkməyəcəm, axırıncı iş idi, ona da əl atdılar. Məhkəməyə verib, araşdırma apartdıracam. Bu xəbəri kimin yaydığını tapdıracam. Adını polisdə çəkdirib biabır edəcəm".

Canlı yayım ərəfəsində M.Əsədovaya izləyicilər həmin xanım həmkarının Nazənin olduğunu yazıb. İfaçı bunla bağlı suallara isə nə "hə", nə də "yox" deyib:

"Nazəninlə düşmənçiliyim yoxdur. Heç onun evini tanımıram. Özündən soruşun görün evində olmuşam? Uşağını 2 yaşında görmüşdüm. Bu barədə heç nə deməyəcəm. Bu xəbərlər yazılanda mənə birinci Nazənim xanım zəng etmişdi. Deyir, nə oyundu başına gəlib? Dedim, bilmirəm. Heç kimin adını çəkməyəcəm. Bu dəqiqə özümdən də şübhələnirəm".

Qeyd edək ki, sosial şəbəkədə M.Əsədovanın insan alverinə görə həbs edildiyi xəbəri yayılmışdı. DİN açıqlama yayaraq, belə bir halın olmadığını bildirib.(Axşam.az)

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.