Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Noy
2019
09:02
1050

14
Noy
09:02



Türk seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var

Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan “Möhtəşəm yüz il” serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında “Diriliş: Ərtoğrul”, “Qara para eşq”, “Adını Fəriha qoydum”, “Gümüş” və “Fatmagülün suçu nə?” teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış “Aşk-ı Məmnu” olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də “Qara para eşq” serialına baxdıqdan sonra təəssüratını “Instagram” səhifəsində bölüşüb. “Diriliş: Ərtoğrul” serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.